Hüquqşünaslarımız

Dr Fərhad Mirzəyev
Dr Fərhad Mirzəyev
Böyük Ortaq

Fərhad BM şirkətində 20 ildir çalışır və Azərbaycanda ən fəal və istedadlı mütəxəssislərdən biri sayılır. O, mükəmməl təhsil təcrübəsinə malikdir və bir neçə iri yerli və beynəlxalq müştəriləri Azərbaycanda, MDB regionunda və beynəlxalq səviyyədə mürəkkəb beynəlxalq layihələrdə təmsil edib. Onun əsas təcrübə sahələri neft və qaz, layihələrin maliyyələşdirilməsi və daşınmaz əmlakdır..

Fərhad Azərbaycanda yerli və xarici müştəriləri mühüm beynəlxalq əqdlərlə xarici bazarlarda təmsil edən azsaylı hüquqşünaslar sırasındadır; o, həmçinin, Şirkətin Böyük Britaniyada, Londondakı nümayəndəliyinə başçılıq edir.

BM-də işləməyə başlamazdan öncə Fərhad hüquq üzrə mütəxəssis qismində bir sıra şirkət, hüquq firmaları, qeyri-hökumət təşkilatları və özəl şirkətlərdə çalışıb. O, xaricdə əmək və təlim təcrübəsinə malikdir və Freshfields Bruckhaus Deringer LLP beynəlxalq hüquq şirkətinin Paris Ofisində çalışaraq təcrübə qazanıb.

Fərhadın adı Azərbaycanın aparıcı hüquqşünasları sırasında Chambers Global, Legal 500 və IFLR 1000 kimi tanınmış beynəlxalq hüquqi nəşrlərdə qeyd olunub. O, “ən mürəkkəb məsələləri həll etməyə qadir olan bir şəxs” kimi tövsiyə olunur..

Təhsil

  • 2000 – Beynəlxalq Hüquq, Bakalavr Dərəcəsi (fərqlənmə ilə), Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası
  • 2005 – Beynəlxalq Hüquq, Magistr Dərəcəsi, Nottingham Universiteti (fərqlənmə ilə), Böyük Britaniya
  • 2008 – Elmlər Doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası / Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası
  • 2013 – Fəlsəfə Doktoru, Leicester Universiteti, Böyük Britaniya
  • 2019 – Biznesin İdarə Olunması üzrə Magistr Dərəcəsi (MBA), Cambridge Universiteti, Böyük Britaniya
  • 2020 – LLF, Peşə-İxtisas Təhsil Proqramı, Harvard Hüquq Məktəbi, Harvard Universiteti, ABŞ
Dillər
    Azərbaycan, rus, ingilis, türk, fransız (kafi)

Frəngiz Bağırova
Frəngiz Bağırova
Baş Məsləhətçi

Xanım Frəngiz Bağırova Firmanın təsisçilərindən biridir və hüquq sahəsində 30 ildən çox təcrübəyə malikdir. O, daşınmaz əmlak, vərəsəlik və ailə hüququ sahəsində mübahisələr başda olmaqla, mübahisələrin həlli sahəsində ixtisaslaşmışdır. O, Azərbaycanda qalib gəldiyi işlərin sayına görə ən yaxşı nəticə göstərməklə məhkəmə sahəsində aparıcı qadın hüquqşünaslardan biridir.

Xanım Bağırova həmçinin xeyriyyəçilik fəaliyyəti ilə də məşğuldur və yaşlı təbəqəyə və kimsəsiz uşaqlara ödənişsiz hüquqi yardım göstərir.

Onun təcrübəsinə fiziki və hüquqi şəxsləri təmsil etməkdə uğurla nəticələnmiş çoxlu məhkəmə işləri daxildir.

Təhsil

  • 1974 – Hüquq, Bakalavr Dərəcəsi, Leninqrad Dövlət Universiteti (SSRİ)

Dillər

Azərbaycan, rus və türk

Leyla Səfərova
Leyla Səfərova
Ortaq, Məhkəmə Təcrübəsinin Rəhbəri

Leyla Səfərova 2013-cü ildən BM hüquq şirkətində çalışmağa başlamışdır. 

BM hüquq şirkətində çalışmağa başlayandan əvvəl Leyla dünyanın aparıcı hüquq şirkətlərindən birinin Bakı ofisində hüquqşünas vəzifəsində çalışmış, başlıca olaraq, mübahisələrin həlli, əqli mülkiyyət və korporativ riayət və idarəetmə sahələri üzrə ixtisaslaşmışdır.

O, beynəlxalq müştəriləri Azərbaycan məhkəmələrində əqli mülkiyyət (əmtəə nişanları, patent, domen adları, və kontrafaktlar), əmək, vergi (sosial vergi), və daşınmaz əmlak mübahisələri də daxil olmaqla müxtəlif hüquq sahələri üzrə yaranmış mübahisələrdə, həmçinin xarici arbitraj məhkəməsinin qərarının tanınması ilə bağlı təmsil eder. Bununla yanaşı, Leyla xarici şirkətləri Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində əmtəə nişanlarının mübahisələndirilməsi məsələləri ilə bağlı təmsil edir.

Leylanın təcrübəsinə, həmçinin, müştəriləri birləşmə və qoşulma əqdləri, hava gəmilərinin maliyyə lizinqi, Avrobondların buraxılışı ilə bağlı məsləhətlərin verilməsi daxildir.

Leyla, hüquq bələdçi nəşrləri tərəfindən gələcək nəsil hüquqşünası kimi tövsiyə olunur.

Təhsil

  • 2008 – Bakalavr, Beynəlxalq Hüquq, Bakı Dövlət Universiteti, Azərbaycan
  • 2010 – Magistr, Kommersiya Hüququ, Bakı Dövlət Universiteti, Azərbaycan
  • 2012 – Magistr, Hüquq, Pittsburgh Universiteti, ABŞ
  • Dillər

    Azərbaycan, ingilis, rus və türk

Dilarə İsrafilova
Dilarə İsrafilova
Ortaq

Dilarə BM-də 2003-cü ildən işləyir və 2013-cü ildən ortaqdır. O, layihələrin maliyyələşdirilməsi, neft və qaz, telekommunikasiya və ümumi korporativ məsələlərdə təcrübəli bir hüquqşünasdır.

Dilarə Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Xəzər dənizindən və Azərbaycan ərazisindən beynəlxalq bazarlara nəqli üçün mühüm neft şirkətlərinin konsorsiumuna məsləhət verən Azərbaycan və Qazaxıstan hüquqşünaslarından ibarət komandanın üzvü olmuşdur.

Onun təcrübəsinə Qərbin kreditorlarından birinə tullantıların azaldılması ilə bağlı müqavilədə (ERPA) danışıqların aparılması və onun Kyoto Protokolunda nəzərdə tutulmuş şəkildə Təmiz İnkişaf Mexanizmində (CDM) “layihə iştirakçısı” qismində qeydiyyatı üzrə Azərbaycandakı ilk layihəsində məsləhət vermək də daxildir.

Dilarə əsas xarici şirkətlər də daxil olmaqla, xarici banklara əsas yerli şirkətlərə təminatlı və təminatsız kreditlərin verilməsi ilə bağlı məsləhətlər verir.

2000-ci ildə Rusiyanın Moskva şəhərində keçirilən F. Martens International Humanitarian Law Competition yarışmasında iştirak edən və birinci yer tutan Bakı Dövlət Universitetinin komandasının əsas üzvü olub.

Dilarə Azərbaycanda ən yaxşı hüquqşünaslardan biri olaraq Chambers Global, Legal 500 və IFLR 1000 kimi tanınmış beynəlxalq hüquqi nəşrlərdə çox bilikli hüquqşünas kimi tövsiyə olunmuşdur.

Təhsil

  • 2000 – Beynəlxalq Hüquq, Bakalavr Dərəcəsi (fərqlənmə ilə), Bakı Dövlət Universiteti (Azərbaycan)
  • 2002 – Beynəlxalq Hüquq, Magistr Dərəcəsi (fərqlənmə ilə), Bakı Dövlət Universiteti (Azərbaycan)
  • 2018 – Hüquq, Magistr Dərəcəsi, Birləşmiş Krallıq, Şotlandiya, Dundee Universitetinin Energetika, Karbohidrogen və Təbii Ehtiyat Hüquq və Siyasəti Mərkəzi
  • Dillər

    Azərbaycan, rus, ingilis, fransız, türk

Ruslan Muxtarov
Ruslan Muxtarov
Hüquq Məsləhətçisi

Ruslan BM-də 2006-cı ildə hüquqşünasın köməkçisi qismində işləməyə başlayıb və sonradan müxtəlif məsələlərə ciddi və mütəxəssis şəkildə yanaşması nəticəsində hüquqşünas vəzifəsinə təyin olunub.

Ruslan firmanın müştərilərinə korporativ və daşınmaz əmlak məsələləri üzrə məsləhətlər verir. O, qoşulmalar və birləşmələr üzrə, həmçinin, daşınmaz əmlakın əldə edilməsi və inkişaf etdirilməsi üzrə əqdlərdə xüsusi təcrübə toplamışdır. O, həmçinin, müştərilərə IT, əqli mülkiyyət, əmək və miqrasiya məsələləri üzrə məsləhətlər verir.

Ruslan 2019-cu ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.

Təhsil

  • 2006 – Beynəlxalq Hüquq, Bakalavr Dərəcəsi, Bakı Dövlət Universiteti (Azərbaycan)
  • 2008 – Beynəlxalq Hüquq, Magistr Dərəcəsi (fərqlənmə ilə), Bakı Dövlət Universiteti (Azərbaycan)
  • 2012 – Elmlər Namizədi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyin yanında Ədliyyə Akademiyası (Azərbaycan)
  • 2019 – Magistr Dərəcəsi, Beynəlxalq Ticarət və Kommersiya Hüququ, Nottingham Trent Universiteti, (Birləşmiş Krallıq)

Dillər

Azərbaycan, rus, ingilis, türk, ərəb (kafi)

Mustafa Salamov
Mustafa Salamov
Baş Hüquqşünas

Mustafa BM-də 2009-cu ildən işləməyə başlayıb və bundan öncə bir neçə il ərzində Azərbaycan və Dubayda (BƏƏ) fəaliyyət göstərib.

Mustafa əqli mülkiyyət və xarici investisiyaların hüquqi mühafizəsi sahəsində ixtisaslaşmışdır, o, həmçinin, istehlakçıların hüquqlarının müdafiəsi və telekommunikasiyalar sahəsində təcrübəyə malikdir. O, Rusiya dəmiryol şirkətinə əqli mülkiyyət hüquqlarının onun törəmə müəssisəsinə təhlükəsiz və etibarlı ötürülməsi üçün məsləhət vermişdir. O, Amerika Vəkillər Kollegiyasının International Lawyer jurnalında və Intellectual Property Law and Practice jurnalında əqli mülkiyyət hüquqları sahəsində məqalələrin müəllifidir.

Mustafa böyük beynəlxalq tütün məmulatları şirkətinə idxal, satış, tütün məmulatlarının reklamı, həmçinin, sağlamlıq və təhlükəsizlik, korporativ və əmək hüququ məsələləri ilə bağlı məsləhətlər vermişdir.

Təhsil

  • 2004 – Beynəlxalq Hüquq, Bakalavr Dərəcəsi, Bakı Dövlət Universiteti (Azərbaycan)
  • 2008 – Kommersiya Hüququ, Magistr Dərəcəsi, Cardiff Universiteti (Böyük Britaniya)
  • Dillər

    Azərbaycan, rus, ingilis, türk, ərəb (kafi)

    Mehri Rzayeva
    Mehri Rzayeva
    Hüquqşünas

    Mehri 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. BM-də işləməyə başlamazdan öncə, o, 2012-ci ilə qədər ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyində Hüquq Məsləhətçisi qismində fəaliyyət göstərmişdir.

    ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyində işləyərkən, Mehri bir sıra iri layihələrdə iştirak etmiş və bunun nəticəsində neft və qaz sektorunda böyük təcrübələr qazanmışdır.

    Son vaxtlar, Mehri müştərilərə əmək hüququ üzrə məsləhətlər verməklə, həmçinin əmək müfəttişliyinin yoxlamaları zamanı yoxlamalarda iştirak etməklə məşğuldur.

    Təhsil

    • 2009 – Hüquqşünaslıq, Bakalavr Dərəcəsi, Naxçıvan Dövlət Universiteti (Azərbaycan)

    Dillər

    Azərbaycan, rus, ingilis və türk

    Səbinə Mürsəlova
    Səbinə Mürsəlova
    Hüquqşünas

    Səbinə BM-də işləməzdən öncə dövlət və özəl sektorda hüquqi təcrübə əldə etmişdir.

    Təhsil aldığı dövr ərzində müxtəlif yerli və beynəlxalq məhkəmə müsabiqələrində iştirak etmişdir.  Üzvü olduğu komanda 2019-cu ildə “Topçubaşov Məhkəmə Müsabiqəsi”nin qalibi elan edilmişdir. Müsabiqədə həmmüəllifi olduğu memorandum “ən yaxşı memorondam” nominasiyasına layiq görülmüşdür.  O, həmçinin Niderlandın Leiden Universiteti tərəfindən təşkil edilən “Telders Beynəlxalq Hüquq Məhkəmə Müsabiqəsi”ndə Azərbaycanı təmsil edən komandanın üzvü olmuşdur.

    Səbinə, BM-də müştərilərə digərləri ilə yanaşı, korporativ məsələlər və onların gündəlik fəaliyyətləri ilə əlaqədar hüquqi məsləhətlər verir.

    Təhsil

    2021 – Bakalavr, Hüquqşünaslıq, Bakı Dövlət Universiteti, Azərbaycan

    Dillər

    Azərbaycan, ingilis və türk

    Şəms Məmmədova
    Şəms Məmmədova
    Hüquqşünas Köməkçisi

    Şəms “BM Morrison Partners” MMC-yə, üç il müddətində rayon məhkəməsində işlədikdən sonra, 2023-cü ildə qoşuldu.

    O, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası Azərbaycan tərəfindən 2023-cü ilin yanvar ayında keçirilmiş “Case Study” layihəsinin ən yaxşı memorandumla qalib seçilmişdir.

    Təhsil
    2023 – Hüquqşünaslıq, Bakalavr Dərəcəsi, Bakı Dövlət Universiteti (Azərbaycan)

    Dillər
    Azərbaycan, Rus, İngilis və Alman (orta)