ENERGETİKA və İnfrastruktur

Biz Azərbaycanda bütün əsas sənaye sahələri, neft və qaz sənayesindən tutmuş energetika sahəsinə və telekommunikasiyadan tutmuş maliyyə sahəsinə kimi hüquqi təcrübəyə...

KORPORATİV VƏ KOMMERSİYA

Bizim xidmətlərə daxildir:


• Şirkətlərin təsis edilməsi

• Yenidən təşkil olunma

• Birləşmələr və qoşulmalar (M&A)…

FİZİKİ Şəxslər

Biz fiziki şəxslərə vərəsəliyin planlaşdırılması, cinayət hüququ, vəsiyyətlər və ər-arvadın ümumi əmlakına dair hüquqi məsləhətlər veririk. Fiziki şəxslərə xidmət...

İLK HÜQUQ ŞİRKƏTİ

BM Morrison Partners (BM) müstəqil Azərbaycan Respublikasında təşəkkül tapan ilk özəl hüquq şirkətidir. Bugün, biz Azərbaycanda hüquqi bilik, bacarıq və ixtisaslaşmış təcrübənin ən yaxşı nümunələrini özündə birləşdiririk. İyirmi beş illik mövcudluğu dönəmində BM Azərbaycanın ənənəvi bazar liderlərindən birinə çevrilməyə müvəffəq olmuşdur.

Öz mövcudluğu müddətində BM və onun hüquqşünasları hüququn demək olar ki, bütün sahələrində böyük təcrübə qazanmışlar. Biz yerli və xarici müştəriləri Azərbaycanda hüququn aktual olan bütün sahələrində, kommersiya və qeyri-kommersiya sferalarında təmsil edirik.

Bizim hüquqşünaslarımız xarici müştərilərə Azərbaycanda ilk özəlləşdirmə və təbii resursların konsessiyası layihələri ilə bağlı məsləhət verən, xarici bazarlara daxil olan ilk Azərbaycan investorlarına məsləhətlər verən və Kioto Protokolu ilə bağlı layihədə, Azərbaycan şirkətləri tərəfindən ilk Avrobond buraxılması və ilk milli telekommunikasiya peyki layihələri kimi digər “pilot” əqdlərdə iştirak edən nadir hüquqşünaslar sırasındadır.

BM Business Time jurnalı tərəfindən təsis edilmiş Azeri Business Award 2013 mükafatının “İlin Hüquq Şirkəti” nominasiyasında qalibi olmuşdur.

Son Xəbərlər

03.06.2023 08:46:00

Firmanın Baş Ortağı Ali Məhkəmənin Elmi-məsləhət şurasının Tərkibində

Firmanın Böyük Ortağı Dr Fərhad Mirzəyev Azərbaycan Ali Məhkəməsinin yanında Elmi-məsləhət Şurasının tərkibinə təyin edilmişdir (https://supremecourt.gov.az/post/view/1597).

Məsləhət Şurasının əsas fəaliyyəti qanunvericiliyin təkmilləşdirilməsi və bu məsələlərdə təkliflərin hazırlanmasından ibarətdir.

Bu, Firmamızın Azərbaycanda hüquqi islahatlar prosesinin bir hissəsi olması baxımından böyük nailiyyətdir. Biz geniş vüsət alan hüquqi mühitimizə töhfə verməyə və müsbət təsir göstərməyə can atırıq!

12.02.2023 18:00:00

Səninləyik, Türkiyə!

BM Morrison Partners-dən qardaş Türkiyəyə (AFADa köçürmə etməklə) ianə edildi. Ölənlərə rəhmət, yaralılara şəfa diləyirik!  



Əgər hüquqi yenilikləri öz dilinizdə əldə etmək
istəyirsinizsə, bizim bülletenimizə abunə olun