İlk Hüquq Şirkəti

BM Morrison Partners (BM) müstəqil Azərbaycan Respublikasında təşəkkül tapan ilk özəl hüquq şirkətidir. Bugün biz Azərbaycanda hüquqi bilik, bacarıq və ixtisaslaşmış təcrübənin ən yaxşı nümunələrini özündə birləşdiririk.


Şirkətin əsası 1992-ci ilin fevral ayında cənab Camal Bağırov tərəfindən qoyulmuşdur və Azərbaycan Respublikasıında (SSRİ-nin tərkibindən 1991-ci ilin oktyabr ayında ayrılmışdır) yaradılmış ilk özəl hüquq şirkəti olmuşdur. Bununla belə, Şirkətin əsasının qoyulması 1992-ci ildən də əvvələ təsadüf edir. Belə ki, Şirkət 1989-cu ildə həmin vaxtlar Sovet İttifaqında fərdi sahibkarlığın yeganə icazə verilən forması olan kooperativ formasında yaradılmışdır. İyirmi beş illik mövcudluğu dönəmində BM Azərbaycanın ənənəvi bazar liderlərindən birinə çevrilməyə müvəffəq olmuşdur.


Şirkət hüququn bütün sahələri üzrə geniş təcrübəyə malikdir. Bu sahələr arasında neft və qaz, bank və maliyyə, korporativ hüquq və əmək hüququ, vergiqoyma, antiinhisar və daşınmaz əmlak xüsusi olaraq vurğulanmalıdır. Biz xarici və Azərbaycan müştərilərinə investisiyaların açdığı imkanlardan yararlanmaq üçün uğurlu şəkildə yardım göstərmişik.


Öz mövcudluğu müddətində BM və onun hüquqşünasları hüququn demək olar ki, bütün sahələrində böyük təcrübə qazanmışlar. Biz yerli və xarici müştəriləri Azərbaycanda hüququn aktual olan bütün sahələrində, kommersiya və qeyri-kommersiya sferalarında təmsil edirik.


Qeyd etmək yerinə düşər ki, bizim hüquqşünaslarımız (i) xarici müştərilərə Azərbaycanda ilk özəlləşdirmə və təbii resursların konsessiyası layihələri ilə bağlı məsləhət verən, (ii) yerli aviadaşıyıcı şirkətinə ilk Boeing hava gəmisinin alınmasında məsləhət verən, (iii) xarici bazarlara daxil olan ilk Azərbaycan investorlarına məsləhətlər verən, (iv) Kioto Protokolu ilə bağlı layihədə, Azərbaycan şirkətləri tərəfindən ilk Avrobond buraxılması və (v) ilk milli telekommunikasiya peyki layihələri kimi digər “pilot” əqdlərdə iştirak edən nadir hüquqşünaslar sırasındadır.


BM beynəlxalq və regional maliyyə institutlarını və təşkilatlarını təmsil etməkdə misilsiz təcrübəyə malikdir. Şirkət, həmçinin, geniş tanınmış brend istehsalçılarına əmək hüququ, sağlamlıq, təhlükəsizlik və ətraf-mühit (HSSE) hüququ, vergiqoyma və korporativ məsələlər də daxil olmqala, lakin bunlarla məhdudlaşmayaraq, müxtəlif hüquqi məsələlərlə bağlı məsləhətlər verir.


BM bir sıra xarici şirkətləri birləşmə və qoşulma əqdləri (M&A) ilə bağlı rəqabət məsələləri və antiinhisar tənzimləmələri məsələlərində müvəffəqiyyətlə təmsil etmişdir. BM-in rəhbərliyi böyük beynəlxalq maliyyə institutları üçün çirkli pulların yuyulması ilə bağlı layihələrdə xüsusi hesabatçı qismində çıxış etmişdir. Şirkət aparıcı ABŞ və Böyük Britaniya şirkətlərinin konsorsiumuna və aparıcı beynəlxalq hüquq şirkətlərinə Azərbaycanın korrupsiya əleyhinə mübarizə qanunvericiliyi ilə bağlı məsləhətlər verir.


Bizim hüquqşünaslarımızın əksəriyyəti Qərbin aparıcı universitetlərindən hüquq dərəcəsinə yiyələnmişlər və ya hal-hazırda həmin universitetlərdə təhsillərini davam etdirməkdədirlər.


Biz azərbaycan, ingilis və rus dillərini mükəmməl bilir və digər dillərdə, məsələn, fransız və ərəb dillərində də danışırıq.


Xüsusi jurnallar arasında BM hüquqşünasları Chambers Global, Legal 500, IFLR və Who’s Who Legal jurnalları tərəfindən Azərbaycanın ən yaxşı hüquqşünasları sırasında tanınmışlar. BM onlar tərəfindən Azərbaycan bazarının liderlərindən biri kimi tövsiyə olunmuşdur.


BM Business Time jurnalı tərəfindən təsis edilmiş Azeri Business Award 2013 mükafatının “İlin Hüquq Şirkəti” nominasiyasında qalibi olmuşdur.


Biz müştərilərimizin maraqlarını bölüşür və onların Azərbaycanda və ya Azərbaycandan kənarda fəaliyyət göstərməsindən asılı olmayaraq onları daha yaxşı anlamağa çalışırıq.