Mükafatlar

IFLR 1000


IFLR1000 haqqında


IFLR1000 dünyanın aparıcı maliyyə və korporativ hüquq şirkətlərinin və hüquqşünaslarının kitabçasıdır. İlk dərəcələr 1990-cı ildə nəşr olunmuşdur və hal-hazırda 120 yurisdiksiya üzrə tədqiqatlar aparılır.


IFLR-ın bizim haqqımızda dedikləri


Maliyyə və Korporativ


"BM Morrison Partners bazara öz təsirini göstərməkdə davam edir. Müştərilər komandanın işindən razıdırlar və qeyd edirlər ki, onlar şirkətin xidmətlərindən istifadə etməyi xoşlayırlar, çünki şirkət müxtəli hüquqi seçimlər üçün faydalıdır və keyfiyyət və qiymətin yaxşı tənasübünü təqdim edirlər.


O, bu il bazarda bütün mühüm əqdlərdə iştirak etmişdir və əsas beynəlxalq şirkətləri təmsil etmək və onlara məsləhət verməkdə güclü nüfuza malikdir.


Belə işin nümunələrindən biri kimi ilin ən vacib əqdlərindən biri olan birgə sindikatın təşkilatçısı qismində çıxış edən iki beynəlxalq banka əsas istiqraz buraxılışında yardım etməyi göstərmək olar.


O, həmçinin, Sinqapur xidmət şirkətinə Xəzər regionu boyu fəaliyyət göstərən Azərbaycan şirkətinin əldə edilməsində məsləhət vermişdir."


IFLR1000-də Bizim Haqqımızda →

Legal 500


Legal 500 haqqında


27 il boyunca Legal 500 qlobal hüquq bazarına ən mütərəqqi vizyonu gətirmək üçün hər il dəyişdirilən və yenilənən təhlil proqramı ilə bütün dünyada hüquq şirkətlərinin bacarıqlarının təhlili ilə məşğul olmuşdur. Legal 500 106 yurisdiksiyada hüquq şirkətlərinin gücünü qiymətləndirir.


Dərəcələr bir sıra kriteriyalara əsaslanır, sadə dildə desək, onlar korporativ hüquqşünasa ən müasir və innovativ məsləhət verən komandaları qeyd edirlər. Tədqiqat dünyada 250.000 müştəridən toplanan şərhlərə, hüquq şirkətlərindən daxil olan ərizələrə, özəl şirkətlərin aparıcı hüquqşünasları ilə müsahibələrə və hüquq bazarında misilsiz təcrübəsi olan tədqiqatçıların komandasına əsaslanır.


Onların bizim haqqımızda dedikləri və bizim dərəcələrimiz


BM Morrison Partners MMC. Şirkət yerli və xarici investisiyalarla, maliyyə, özəlləşdirmə, vergi və korporativ məsləhət ilə bağlı təcrübəyə malikdir.


Aparıcı mütəxəssislər


1. Ayxan Əsədov – BM Morrison Partners MMC

   Fərhad Mirzəyev – BM Morrison Partners MMC


The Legal 500-də Bizim Haqqımızda →

Business Time


Business Time haqqında


Business Time Azərbaycanın bütün biznes sektorlarını əhatə edən və onların inkişafını dəstəkləməkdə onlara yardımçı olan aylıq nəşrdir. Jurnal şirkətlərin il boyu nailiyyətlərini vurğulamaq və qeyd etmək məqsədilə illik Azeri Business Award mükafatını təsis etmişdir.


Bizim mükafat


Bizim şirkətimiz Business Time jurnalının təsis etdiyi Azeri Business Award 2013 mükafatının “İlin Hüquq Şirkəti” nominasiyasında qalibi olmuşdur. Biz müntəzəm olaraq Business Time jurnalında müxtəlif mövzularda məqalələrimizi nəşr etdirməklə Business Time ilə öz əməkdaşlığımızı davam etdiririk.


2013-cü il üçün hüquq sahəsində baş verən dəyişiklikləri izləmək üçün Business Time jurnalının xüsusi buraxılışını endirmək üçün bura istinad edin


Fərhad S. Mirzəyev 2016-cı ilin beynəlxalq hüquqşünası kimi tanınmışdır.

Digərləri


Caspian Energy Award, ikinci və üçüncü mükafatlar, Uğur, milli mükafat, Diplom və 2002-ci ildən 2006-cı ilədək mükafatlar, və “Best Lawyers” sıralamaları.