BM vergi hüququnun bütün aspektləri ilə bağlı effektiv məsləhət xidmətləri verir və vergi orqanlarında, apelyasiya şuralarında və məhkəmələrdə olan vergi işlərində hüquqi yardım göstərir. Şirkətin mənfəət vergisi, gəlir vergisi, həmçinin, gömrük rüsumları və aksiz vergiləri ilə bağlı nəzərəçarpan təcrübəsi var. Biz müştərilərə vergi rejimləri və planlaşdırma imkanları ilə bağlı müntəzəm olaraq məsləhətlər veririk və dövlət orqanları tərəfindən vergi auditləri də daxil olmaqla vergi mübahisələrinin həllində yardımçı oluruq.
BM hüquqşünasları böyük prestijə malik olan Bloomberg BNA VAT Navigatorunda Azərbaycan bölməsinin müəllifləridir.
Bizim hüquqşünasların təcrübəsinə aşağıda qeyd olunanlar daxildir: